100 insan, 100 arzu

10.06.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rejissor Nail Naiboğlu yeni layihəsini təqdim etməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, "100 arzu" adlanan layihə çərçivəsində müxtəlif peşə sahibləri öz arzularını və həyatla bağlı mesajlarını bölüşəcəklər. Layihədə yer alan 100 iştirakçı fəaliyyət göstərdiyi sahə ilə bağlı arzularını səsləndirməklə yanaşı, insanlara faydalı məsləhətlər də verəcək.

Məşhurlar və tanınmış simalar öz çıxışları ilə cəmiyyətə çağırış edəcək, diqqət çəkən mesajlar ünvanlayacaqlar. Layihənin bütün çəkilişləri tamamlandıqdan sonra "100 arzu" tamaşaçılara yutub platformasında təqdim olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью