100 kiloqramlıq qızıl unitaz 12 milyon dollara satıldı

19.11.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Satışı həyata keçirən “Sotheby's” hərrac evinin məlumatına görə, məşhur italyan rəssamı Maurizio Cattelan tərəfindən hazırlanmış 100 kiloqramlıq 18 karatlıq "Amerika" adlı qızıl unitaz 12.1 milyon dollara satılıb.

Lent.az xəbər verir ki, bu barədə “Sotheby's” saytı məlumat yayıb və satışın 12.110.000 dollara həyata keçirildiyini açıqlayıb.

"Amerika" adlı 101,2 kiloqramlıq qızıl unitaz tam işlək vəziyyətdədir.

Belə unitazlardan yalnız iki ədəd mövcuddur. Biri 2019-cu ilin sentyabr ayında Uinston Çörçillin doğulduğu saraydan oğurlanıb. Unitaz sarayda keçirilən incəsənət sərgisinin bir hissəsi kimi nümayiş etdirilsə də, yenə də istifadəyə yararlı idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью