“100 lər” klubunda yeni ingilis

13.09.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Everton”un qapıçısı Cordan Pikford İngiltərə Premyer Liqasının IV turunda “Tottenhem”lə keçirilən matçda (0:0) qapısını toxunulmaz saxlayaraq böyük uğura imza atıb.

Futbolpress.az xəbər verir ki, “Squawka” nəşri 31 yaşlı qolkiperin çempionat çərçivəsində 100-cü “quru” oyununu keçirdiyini açıqlayıb.

Bununla da Pikford turnir tarixində 100 və daha çox matçda qol buraxmayan 5-ci ingiltərəli qapıçı kimi adını tarixə yazdırıb. Ondan əvvəl bu göstəriciyə yalnız Devid Ceyms, Devid Siman, Naycel Martin və Co Hart nail olublar.

2017-ci ildən “Everton”un şərəfini qoruyan təcrübəli əlcək sahibi Mersisayd təmsilçisinin heyətində ümumilikdə 363 rəsmi görüşə çıxıb və 103 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью