100 manatlıq istiqraz, illik 18 faiz gəlir

12.11.2026

Icma.az, Marja.az portalına istinadən məlumat yayır.

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi 12 noyabr 2026-cı ildə bank olmayan kredit təşkilatı “International” ASC-nin 1 milyon manatlıq istiqraz buraxılışına ticarət icazəsi verib.

Marja.az Bakı Fond Birjasının məlumatına istinadən xəbər verir ki, buraxılış 10 min istiqrazdan ibarətdir. Hər bir istiqrazın ilkin ticarət qiyməti 100 manat, illik gəlirlilik dərəcəsi isə 18 faizdir.

İstiqrazların tədavül müddəti 36 aydır. Hesablanmış faizlər buraxılış üzrə ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.

Faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlar kütləvi təklif üsulu ilə rəqabətli hərracda yerləşdiriləcək. Buraxılışın ISIN kodu AZ2053021021, anderrayteri isə “PAŞA Kapital İ.Ş.” QSC-dir.

Ticarətə buraxılma tarixini emitent açıqlayacaq. Emissiya prospekti Bakı Fond Birjasının saytında “Emitentin profili” bölməsində yerləşdirilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью