100 min əlavə məktəbəqədər hazırlıq yeri açılacaq Nazir

04.12.2024

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

2026-cı ilin sentyabr-oktyabr aylarına 100 min əlavə məktəbəqədər hazırlıq yerinin açılması hədəflənib.

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu göstəricinin artıq yarısından çoxuna çatdırılıb: “Digər hissəsini isə düşünürük ki, pilot layihələr uğurlu olarsa, tamamlaya bilərik. Azərbaycanın işğaldan azad edilən ərazilərində yeni tikilən bağçalar da bu rəqəmlərin artmasına gətirib çıxaracaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью