100 mindən artıq toyuq diri diri yandı

15.05.2025

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada quşçuluq fabrikində baş vermiş yanğın 100 mindən artıq toyuq-cücənin diri-diri yanmasına səbəb olub.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Həştərxan vilayətində baş verib.

Əraziyə çox sayda yanğınsöndürmə briqadası və canlı qüvvə cəlb edilib. Alov qısa zamanda lokallaşdırılsa da, fabrik "sakinləri"ni xilas etmək mümkün olmayıb. 17 əməkdaş isə sərbəst şəkildə ərazini tərk edə bilib.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma başlayıb, yanğının səbəbləri araşdırılır.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью