Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır. İndiyədək ölkədə 40-a yaxın nəqliyyat vasitəsi utilizasiyaya verilib.
"Təmiz şəhər" ASC-dən bildirilib ki, 10-dan çox ərizəçiyə təsdiqedici sənədlər üzrə birdəfəlik ödənişlər həyata keçirilib.
Utilizasiya prosesinə bu ilin noyabr ayında başlanılıb. Nəqliyyat eksperti Elməddin Muradlı Demokrat.az-a açıqlamasında deyib ki, utilizasiy
Bu prosesə hər kəsin ciddi yanaşması lazımdır, xüsusən də köhnə avtomobilləri olanların.
Bəzi vətəndaşlar narazılıq edir ki, verilən məbləğ çox azdır, avtomobilin dəyərindən aşağıdır.
Ancaq dövlət imkan yaradıb ki, avtomibilin yararlı ehtiyat hisslərini alqı-satqı yerlərində sata bilərlər və ya əsas elementlərini çıxara bilərlər.
Əsas odur ki, avtomibilin sənədlərini və kuzovunu gətirib təhsil versinlər. Beləliklə müəyyən məbləği kompensasiya etmə olar".
Ekspert qeyd edib ki, lakin elə nəqliyyat vasitələri var ki, istismara yaralı deyil:"Şüşələri bərbad vəziyyətdə, işıqları yanmır, görünüşü tər-töküntü.