Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanı çempionatında keçirilən prinsipial qarşılaşmada “Əl-Nəsr” səfərdə “Əl-Əhli”yə 1:3 hesabı ilə məğlub olub. Oyuna sürətli başlayan qonaqların heyətində Kriştiano Ronaldo hesabı açaraq karyerasının 986-cı qoluna imza atıb.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Ronaldo Samu Kostanın ötürməsindən sonra topu dəqiq zərbə ilə qapıya vurub və “Əl-Nəsr”i önə keçirib.
Bundan cəmi 5 dəqiqə sonra qonaqlar fərqi artırmaq üçün ideal fürsət yaxalayıblar. Lakin təyin olunan penalti zərbəsini yerinə yetirən Ronaldonun topu dirəyə tuş gəlib.
Portuqaliyalı ulduzun qaçırdığı penalti “Əl-Nəsr”ə baha başa gəlib. Birinci hissəyə əlavə olunmuş dəqiqələrdə İvan Touninin ötürməsini uzaq məsafədən dəqiq zərbə ilə tamamlayan Qaleno hesabı bərabərləşdirib. İkinci hissədə oyuna tam nəzarəti ələ alan Marino Puşiçin yetirmələri daha iki qol vuraraq matçdan 3:1 hesablı qələbə ilə ayrılıblar.
Bu nəticədən sonra “Əl-Nəsr” turnir cədvəlində 3-cü pillədə qalsa da, “Əl-Əhli” onlarla xal fərqini 2-yə endirib.