1000 funtluq içki pulunu qapıçı ödədi

11.08.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

"Kristal Palas"ın qapıçısı Din Henderson səxavəti ilə dillərə dastan olub.

Yenisabah.az xəbər verir ki, o, Superkuboku qazandıqdan sonra azarkeşləri içkiyə qonaq edib.

Xatırladaq ki, "Kristal Palas" penaltilər seriyasında "Liverpul"u məğlub edərək (2-2, penaltilərdə 3-2) kuboka sahib çıxıb. Dördpendirli pizza

Qarşılaşmadan sonra bir neçə “Kristal Pelas” azarkeşi sosial şəbəkələrdə Din Hendersonun barda 1000 funt-sterlinq dəyərində (2300 manata yaxın) içki pulunu ödədiyini iddia edib.

Sosial şəbəkələrdə "Din Henderson indicə "The Alsopp Arms"a daxil oldu və hamımızın içməsi üçün barda 1000 funt-sterlinq qoydu. Əfsanə! Təşəkkür edirik" kimi bir şərhə də rast gəlinib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью