1000 manatdan az maaş alanlar vergidən azad edilsin QÜDRƏT HƏSƏNQULİYEV

21.11.2025

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanda 1000 manatdan az maaş alanlar vergidən azad edilsin”.

Gununsesi.info-ın məlumatına görə, bu təkliflə Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.

O bildirib ki, əhalinin sosial durumu həm də təhlükəsizlik məsələsidir:

“Bu gün ərzaqlar kəskin bahalaşır. Keyfiyyətli ət, yağ kasıb əhali üçün əlçatmaz olub. İnsanlar dolana bilməyəndə oğurluğa və digər cinayət yollarına əl atırlar. Növbəti ildən də vergi güzəştləri ləğv olunur. Təklif edirəm ki, 1000 manat əməkhaqqı alanlar üçün bütün növ vergilər ləğv olunsun. Çünki sosial durum getdikcə daha da ağırlaşır”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью