Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Alimlərin apardığı genişmiqyaslı araşdırmaya görə gündəlik qida ehtiyacını ən balanslı şəkildə qarşılayan məhsullar müəyyənləşdirilib. 1 000-dən çox xam qidanın təhlili əsasında hazırlanan siyahıda ürək, beyin, bağırsaq və immun sistemi üçün faydalı olan yeddi qida ön plana çıxır.
Demokrat.az xəbər verir ki, BBC-nin elmi mənbələrə istinadla yaydığı məlumatda qeyd olunur ki, bu qidalar yüksək vitamin, mineral və antioksidant tərkibi ilə seçilir.
Badam – E vitamini, lif və faydalı yağ turşuları ilə zəngindir. Araşdırmalar badamın “pis” xolesterolu azaltdığını, ürək-damar sağlamlığını və bağırsaq florasını yaxşılaşdırdığını göstərir.
Tərə – C və E vitaminləri, dəmir və polifenollarla zəngindir. Bəzi tədqiqatlarda iltihabı azaltdığı və ürək xəstəlikləri riskini aşağı saldığı qeyd olunur.
Çuğundur yarpaqları – Antioksidant və mineral baxımından kökündən daha zəngin hesab olunur. Hüceyrələri oksidativ stressdən qoruduğu müəyyən edilib.
Çia toxumu – Yüksək lif və omega-3 tərkibi ilə seçilir. Öğüdülmüş halda qəbul edildikdə qida dəyəri daha yaxşı mənimsənilir.
Balqabaq tumu – Faydalı yağ turşuları sayəsində ürək və sinir sistemi üçün faydalıdır. Bəzi araşdırmalar yaddaş və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini ortaya qoyur.
Zəncirotu yarpaqları – A, C və K vitaminləri ilə zəngindir. İmmuniteti gücləndirdiyi və iltihab əleyhinə təsir göstərdiyi bildirilir.
Bu qidalar ayrı-ayrılıqda möcüzə yaratmasa da, balanslı və davamlı qidalanma çərçivəsində müntəzəm istehlak edildikdə sağlamlığa əhəmiyyətli töhfə verə bilər.
Kənan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, BBC-nin elmi mənbələrə istinadla yaydığı məlumatda qeyd olunur ki, bu qidalar yüksək vitamin, mineral və antioksidant tərkibi ilə seçilir.