1000 seçki məntəqəsində veb kameralar quraşdırılıb

29.01.2025

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı MSK-nın internet səhifəsində yerləşdirilib və media subyektlərində dərc olunub.

Qeyd edək ki, bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 70 min 625 nəfərdir.

Səsvermə saat 19:00-da başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью