10:00dan qaz təchizatı dayandırılacaq Bu ərazilərdə

23.12.2024

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın bəzi ərazilərində qazın verilişində fasilə olacaq.

Bu barədə Metbuat.az-a "Azəriqaz" İB-dən bildirilib.

Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ərazisində "Qaz İxrac" İdarəsinə məxsus magistral qaz kəmərləri üzərində aparılacaq təmir-quraşdırma işləri və Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 24.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Gürcüstanlılar məhəlləsinin, Binə və Qala qəsəbələrinin, Binə qəsəbəsi Südçülük sovxozu ərazisinin, Nəsimi rayonu üzrə isə Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью