1000dən çox əcnəbinin Rusiyada qanunsuz qalmasını təşkil edən dəstə tutuldu VİDEO

18.12.2024

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskvada 1000-dən çox miqrantın Rusiya Federasiyasında qeyri-qanuni qalmasının təşkilində şübhəli bilinən səkkiz nəfərdən ibarət dəstə saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, mütəşəkkil cinayətkar dəstənin üzvləri 2023-cü ilin yanvarından 2024-cü ilin dekabrınadək saxta əmək müqaviləsi bağlayaraq 1000-dən çox xarici vətəndaşın Rusiyada qanunsuz qalmasını təşkil ediblər. Dəstənin cinayət fəaliyyətindən əldə edilən gəlir 30 milyon rubldan çox olub.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью