“1001 gecə” baleti Belarusda nümayiş etdirilib

09.06.2025

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Rusiyanın xalq artisti, tanınmış xoreoqraf Eldar Əliyevin quruluş verdiyi tamaşada Mariinski Teatrın Primorski səhnəsinin aparıcı balet artistləri və Sankt Peterburq Mariinski Teatrının (bədii rəhbər və baş dirijor - Valeri Gergiyev) simfonik orkestri və xoru iştirak ediblər. Solo vokal hissəsini Anastasiya Kikot və Samira Qalimova, milli alətimiz tarda isə Ramin Əzimov və Nadejda Medvedeva ifa ediblər.
Mariinski Teatrın orkestrinə Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, respublikanın əməkdar artisti Əyyub Quliyev rəhbərlik edib.
İlk tamaşanın uğurlu ifasından sonra xoreoqraf Eldar Əliyev, balet artistləri və azərbaycanlı dirijor Əyyub Quliyevin bir sıra görüşləri də olub. Belarus Milli Olimpiya Komitəsinin sədri Viktor Lukaşenko, Primorski regionun qubernatoru Oleq Kojemyako, Belarusun mədəniyyət naziri Ruslan Çernetskiy, Baş nazirin müavini Viktor Karankeviç, Belarus Böyük Teatrının baş direktoru Yekaterina Dulova təbriklərini çatdıraraq, Azərbaycan musiqisi ilə bağlı yüksək fikirlərini bölüşüblər.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью