100ə çatıb, 4cü oldu | Icma.az
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır. "Real" İspaniya La Liqasının XIV turunda "Leqanes"i məğlub edib – 3:0.
Sport24.az xəbər verir ki, görüşdə qapısını toxunulmaz saxlayan Tibo Kurtua Madrid klubundakı 100-cü quru oyununu keçirib.
Belçikalı qolkiper "kral klubu"nun qapıçıları arasında ən çox qol buraxmadan oyun keçirənlər siyahısında 4-cü pilləyə yüksəlib.
O, 246 matçın 100-də qapısını toxunulmaz saxlayıb. Bu göstəricidə birinci 254 oyunla keçmiş qapıçı İker Kasilyasdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu