101 ci qolun müəllifi kim olacaq?

06.04.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" və "Zirə" komandaları arasında indiyədək Azərbaycan Premyer Liqasında keçirilmiş 38 oyunda 100 qol vurulub. Sport24.az xəbər verir ki, bunların 79-a Ağdam təmsilçisinin futbolçuları, 21-ə isə Bakı klubunun oyunçuları imza atıblar.
Bugünkü görüşdə qeydə alınacaq ilk top 101-ci kimi tarixə düşəcək.
Tərəflər arasında çempionatdakı 38 matçın 25-də "Qarabağ", 2-də "Zirə" üç xal əldə edib. 11 görüşdə qalib müəyyənləşməyib.
Qeyd edək ki, bu gün 29-cu tur çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq "Qarabağ" - "Zirə" görüşü saat 19:30-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью