Icma.az, Unikal.az saytına istinadən bildirir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 206
"Unikal"ın məlumatına görə, hakim Rasim Sadıxov sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib.
Məlum olub ki, Kəmalə Məmmədova Səbinə Nəsibova və Səbinə Əliyeva vasitəsilə dəyəri 101 min manat olan 1 kiloqrama yaxın qızıl-zinyət əşyalarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyib.
Belə "Duty Free"nin əməkdaşı Səbinə Nəsibova Kəmalə Məmmədovanın Türkiyədən gətirdiyi qızıl-zinyət əşyalarını qanunsuz yolla Heydər Əliyeva adına olan hava limanının gömrük keçid məntəqəsindən keçirərək Kəmalənin özünə ötürməli olub.
Ancaq alınmayıb və qızıllar Səbinənin gizlətdiyi dolabda aşkar olunub.
Kəmalə Məmmədova sərbəst ifadə verərək bildirib ki, Türkiyəyə köçmək istəyib, ancaq qayınanası ürək əməliyyatı keçirdiyindən köçə bilməyib.
Ona görə Səbinə Nəsibova vasitəsi ilə 896 qram qızıl-zinyət əşyalarını qanunsuz yolla Türkiyədən Azərbaycana keçirmək istəyib: "Səbinə Nəsibovanı Karqo şirkətinin rəhbəri Sahil müəllim vasitəsilə tanımışam.
Danışdım Səbinə ilə, o dedi ki, "25 qramdan artıq qızılı ancaq rəsmi yolla keçirmək olur.