101 nəfər qonşu ölkədən deport edildi Azərbaycanlılar da var

04.11.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Son günlərdə 101 xarici ölkə vətəndaşı Gürcüstandan deportasiya edilib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti məlumat yayıb.

Məlumata görə, deportasiya olunanlar arasında Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Türkmənistan, Hindistan, Filippin, Kuba, Özbəkistan, Belarus, Misir, İordaniya, Çin, Pakistan, Nepal, Keniya, Nigeriya, Əlcəzair və digər dövlətlərin vətəndaşları var.

Qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Qeyd edək ki, 2026-cı ilin əvvəlindən bu günə qədər Miqrasiya Departamenti tərəfindən ölkədən çıxarılan əcnəbilərin ümumi sayı 3600 nəfəri ötüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью