“102 ci hərbi baza Ermənistan üçün həyati əhəmiyyət daşımır” Paşinyan

16.09.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində yerləşən Rusiyanın 102-ci hərbi bazasının çıxarılması məsələsini heç vaxt qaldırmadığını bildirib.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan parlamentində çıxışı zamanı danışıb.

“Mən heç vaxt 102-ci hərbi bazanın Ermənistandan çıxarılması məsələsini qaldırmamışam”, - deyə baş nazir bildirib.

Paşinyan qeyd edib ki, Bişkekdən İrəvana qayıtdıqdan sonra Rusiyanın prezidentinin “Ermənistan hərbi bazanı çıxarmağımızı istəyirsə, biz onu çıxararıq” məzmununda açıqlamasını görüb.

“Bundan sonra mən belə deyirəm: Ermənistan heç vaxt hərbi bazanın çıxarılması məsələsini qaldırmayıb. Amma Rusiya onu çıxarmaq qərarına gəlsə, Ermənistan buna etiraz etməyəcək. Çünki onun Ermənistanda mövcudluğu həyati əhəmiyyət daşımır”, - Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, Rusiya hərbi bazanın Ermənistanda qalmasını istəyirsə, bu məsələni müzakirə etməyə hazırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью