102 ci mərtəbəyə dırmaşdılar, evlilik təklifi etdi Video

02.07.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyalı ekstremal blogerlər Angela Nikolau və İvan Birkus (Beerkus) ABŞ-ın Nyu York şəhərində yerləşən 102 mərtəbəli “Empire State Building” binasının zirvəsinə dırmaşıblar.

Axar.az xəbər verir ki, bu barədə “Asoşeyted Press” məlumat yayıb.

Məlumata görə, heç bir təhlükəsizlik sığortasından istifadə etməyən cütlük binanın dar metal konstruksiyası üzərində hərəkət edərək “Sevginin gücü hakimiyyət sevgisinə qalib gələndə dünyada sülh bərqərar olacaq” sözləri yazılmış banner açıblar.

Banneri yığışdırandan sonra İvan Birkus diz çökərək Angela Nikolauya evlilik təklifi edib.

Hadisədən sonra Angela Nikolau və İvan Birkus polis tərəfindən saxlanılıb. Onlara qanunsuz daxilolma və ictimai təhlükəsizliyi riskə atmaqla bağlı ittihamların irəli sürüləcəyi bildirilir.

Qeyd edək ki, Angela Nikolau və İvan Birkus damlara və hündür tikililərə dırmaşmaları ilə tanınırlar. Onların həyatı və münasibətlərindən bəhs edən “Səmada gəzənlər: Bir sevgi hekayəsi” (Skywalkers: A Love Story) adlı sənədli film 2024-cü ildə “Netfliks” platformasında yayımlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью