102 və 191 nömrəli marşrut avtobusları yenilənir

14.05.2026

Marja.az saytına istinadən Icma.az xəbər verir.

Metronun "20 Yanvar" stansiyasını Xocəsən qəsəbəsi ilə əlaqələndirən 102 nömrəli və Bahar qəsəbəsini metronun "Qara Qarayev" stansiyası ilə əlaqələndirən 191 nömrəli marşrut avtobusları yenilənir.

Bu barədə Marja.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bildirilir ki, sabahdan 102 nömrəli marşrut üzrə 8, 191 nömrəli marşrut üzrə isə 12 müasir və komfortlu avtobus daşımalara cəlb edilir.

Ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan "İsuzu HC45" markalı avtobuslar 7-8 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.

Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,60 manat müəyyən edilib.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью