103 il yaşayan məşhur cərrahdan uzunömürlülük SİRRİ MÖHTƏŞƏM SAĞLAMLIQ RESEPTİ | Icma.az
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq. Uzun və məhsuldar həyat - 103 il yaşamış məşhur cərrah, professor Fyodor Qriqoryeviç Uqlov
Onun adı dünyanın ən yaşlı cərrah kimi Ginnessin Rekordlar Kitabına düşüb.
Publika.Az həkimin yüksək əhval-ruhiyyəsini və həyata eşqini qoruyub saxlamağa yardımçı olan qaydalarla tanış edir.
Professor artıq çəki ilə qida qəbulunun normadan artıq olmasının bir çox xəstəliklərin səbəbi olduğunu və vaxtında ifratçılıqdan imtina ediləcəyi təqdirdə, vəziyyətin əməliyyata çatdırılmayacağının mümkün olduğunu hesab edirdi.
Onun fikrincə, artıq çəki immunitetlə çalışma qabiliyyətini zəiflədir.
Artıq çəkinin yetkin yaşda - maddələr mübadiləsinin zəiflədiyi, fiziki fəallığın isə, bir qayda olaraq, azaldığı dövrdəki zərəri xüsusilə böyükdür.
Professor Uqlovun qaydaları: - yüksək fiziki və əqli aktivlik; - əmək və istirahət rejiminə ciddi riayət olunma; - möhkəmləndirmə (bədənin soyuq su ilə yuyulması); - sutkada 7-8 saatdan az olmayan yuxu; - spirtli içkilərlə siqaretdən tam imtina olunma; - qidada məhdudiyyət.
Professorun qidalanma prinsipləri: Professor yumurta, yavan ət, balıq, tərəvəz, meyvə, kəsmik və digər süd məhsullarını, həmçinin məhdudiyyətsiz maye qəbulunu sağlam qida hesab edir.
Tam oxu
Xəbəri oxu