103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı Əbiş Zamanov vəfat edib

28.11.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Cəlilabad rayonunun ən yaşlı sakinlərindən biri, İkinci Dünya müharibəsinin iştirakçısı Əbiş Zamanov vəfat edib

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, o, doğulduğu kənddə dəfn ediləcək.

Qeyd edək ki, 1923-cü ildə Cəlilabad rayonunun Astanlı kəndində dünyaya gələn Əbiş Zamanov 1942-ci ildə müharibəyə yollanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью