103 yaşlı “Nobel” mükafatçısı vəfat etdi

18.10.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çinli alim, fizika üzrə Nobel mükafatı laureatı bu gün 103 yaşında Pekində vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

"Dünya şöhrətli fizik, fizika üzrə Nobel mükafatı laureatı, Çin Elmlər Akademiyasının akademiki, Tsinxua Universitetinin professoru Yan Çjennin bu gün 103 yaşında Pekində xəstəlikdən vəfat edib", - televiziya kanalı bildirib.

Y.Çjennin müasir kalibrləmə sahələri nəzəriyyəsinin əsaslarını qoyub, həmçinin zəif qarşılıqlı təsir haqqında fərziyyə irəli sürüb. O, 1957-ci ildə Li Çjendao ilə birlikdə fizika üzrə Nobel mükafatına layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью