“103”ə zəng etməyin, bu nömrədən istifadə edin Təcili yardımdan AÇIQLAMA

22.09.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“103” Çağrı Mərkəzində baş vermiş texniki nasazlıq səbəbindən “103” qısa nömrəsinə zənglərdə çətinlik yaranıb.

Bu barədə "Yeni Sabah"a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, problem aradan qaldırılanadək təcili tibbi yardıma müraciət etmək üçün vətəndaşlardan “113” qısa nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur. pizza hut

Qeyd olunub ki, yaranmış müvəqqəti narahatlığa görə üzr istənilir. Problemin ən qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью