1053 nəfər imza vərəqələrini MSKya təqdim edib

19.12.2024

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

Bələdiyyə seçkiləri ilə əlaqədar bu günə qədər 1053 nəfər imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Sitat.info xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ümumilikdə 6 min 872 nəfərin namizədliyi irəli sürülüb. 350-yə yaxın namizəd qeydə alınıb. Müraciət edənlərin yarıdan çoxu 21-35 yaşlı şəxslərdir.

Qeyd edək ki, 2025-ci il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью