Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır. Hüquqi dövlətçilik prinsiplərinə sadiq olan ədliyyə orqanları respublikamızın yeni
Respublikamızda ədliyyə orqanlarının təşəkkül tapmasının tarixi Azərbaycan Xalq Cümhuriyyətin yaranması ilə başlanır.
Təsadüfi deyil ki, xalqımızın milli dirçəlişi prosesinin məntiqi nəticəsi və tarixi zərurət kimi 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi dövlət quruculuğunun mühüm səhifələrindən biri Ədliyyə Nazirliyinin təsis edilməsidir.
Bu nazirliyin məhz Azərbaycanın müstəqilliyinin elan edildiyi tarixdə – may ayının 28-də təsis olunması Cümhuriyyətin qurucularının İstiqlal Bəyannaməsində öz əksini tapmış hüquqi və demokratik dövlət quruculuğu prinsiplərinə nə qədər böyük önəm vermələrinin göstəricisidir.
1918-ci il noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmiş, onun funksiya və səlahiyyətləri, həmçinin ştatları müəyyənləşdirilmişdi.
Məhz bu tarix Azərbaycanda dövlət quruculuğunda dövlətçilik irsinin yaşadılmasına və varislik ənənələrinə böyük diqqətlə yanaşan xalqımızın Ulu Öndəri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olunmuşdur.
Artıq 24 ildir ki, noyabr ayının 22-si respublikamızda Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Tarixə nəzər salanda görürük ki, Azərbaycan ədliyyəsi yarandığı ilk gündən şərəfli, eyni zamanda enişli və yoxuşlu bir yol keçmişdir.