109 oyundur ki, məğlub olmurlar Yeni dünya rekordudur

22.08.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Malayziyanın “Johor Darul Tazim” komandası milli çempionatda ardıcıl ən uzun məğlubiyyətsiz seriyaya görə dünya rekordu vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni mövsümün ilk turunda “Johor” “Kuçinq”i 3-0 hesabı ilə məğlub edərək, klubun məğlubiyyətsiz seriyasını 109 oyuna çatdırıb.
Bununla da, Malayziya klubu 1989-cu ildən 1994-cü ilə qədər ardıcıl 108 liqa oyununda məğlubiyyətsiz çıxıç edən Fil Dişi Sahilinin “ASEK Mimozas” klubunun rekordunu keçib.
Komanda milli çempionatın son dörd mövsümündə qalib gəlib və 2021-ci ilin aprelindən bəri heç bir oyunda uduzmayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью