Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Məqsədimiz İslandiyada darmadağın olmamaq idi.
Ancaq onu da bacarmadıq. Yazıqcasına, aciz qalaraq oynamaq belə olurdu.
Azərbaycan futbolu o qədər biabırçılıq görüb ki, bu da onlardan biri olsun.
Əsas komanda ilə yanaşı, U-21-də Portuqaliyada pis günə qoydular. Qısacası, dünən futbolumuzun sıxıb suyunu ökdülər.
Bu sıxılmış şirəni kimin önünə qoyaq bilmirəm. Heç kim ona yaxın durmaz. Azərbaycan futbolunun utanmazları isə dəyişmir.
Eyni yanaşma ilə ölkəni biabır etməyə davam edirlər. Bunlar AFFA rəhbərliyinin “ölü” fəaliyyətindən doğulanlardır.
Həyanın getdiyi, yazıq Azərbaycan futbolunun başına açılan oyunlardır.
Baş məşqçisi Fernandu Santuşun tükünün tərpənmədiyi, onunla yola davam edənlərin küncdə-bucaqda gizləndiyi sahəyə yaraşan durumdu.