11 400 dən çox Qarabağ ermənisi Ermənistanı tərk edib

19.04.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

2023-cü ilin oktyabrından bu ilin aprelin 11-nə qədər Qarabağı könüllü şəkildə tərk edən 11 404 nəfər Ermənistanı tərk edib və geri qayıtmayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti yerli KİV-in sorğusuna cavab olaraq açıqlayıb. 

Qeyd edək ki, Ermənistan hakimiyyəti Qərbdən külli miqdarda vəsait alsa da, bu ilin aprelindən başlayaraq Qarabağ erməniləri üçün ayrılan yardımı dayandırıb. 

Ağarza Elçinoğlu 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью