11 ailə Cəbrayıl şəhərinə köçürülüb

30.11.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

Cəbrayıl Rayon İcra Hakimiyyətindən verilən  APA-nın cənub bürosuna məlumata görə, Biləsuvar rayonunda salınan qəsəbələrdən 11 ailə 53 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.

Bununla yanaşı, Bakı şəhərindən 15 ailə - 80 nəfər, Abşeron rayonundan 5 ailə - 25 nəfər, Sumqayıt şəhərindən 3 ailə - 16 nəfər, Saatlı rayonundan 2 ailə - 8 nəfər, Şabran rayonundan 2 ailə - 9 nəfər, Şəki rayonundan 1 ailə - 4 nəfər, Beyləqan rayonundan 1 ailə - 5 nəfər, Cəbrayıl şəhərinə yola salınıb.

Həmçinin qeyd olunub ki, bu günədək respublikamızın müxtəlf bölgələrində məskunlaşmış cəmi 203 ailə - 783 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью