11 ayda 211,7 milyon manat güzəştli kredit

13.12.2024

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü ilin yanvar-noyabr aylarında Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 211,7 milyon manat güzəştli kredit verib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 43,6 faiz çoxdur. Güzəştli kreditlər 5 min 144 layihənin maliyyələşdirilməsinə ayrılıb.

Fonddan verilən məlumata görə, sahibkarlar güzəştli kreditlərdən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Həmin təşkilatlara isə Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlıq etdiyi 20 bank, 9 bank olmayan kredit təşkilatı və 10 kredit ittifaqı aiddir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью