11 ayda 348 mindən çox xəstə əməliyyat OLUNUB Vüqar Qurbanov

23.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizdə 348 mindən çox cərrahi əməliyyat və prosedur icra olunub.
Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirdiyi brifinqdə deyib. 
O bildirib ki, laborator xidmətlərin sayında ötən illə müqayisədə 34 faiz artım qeydə alınıb:
"Cari ilin yanvar-noyabr ayları ərzində laborator xidmətlərin sayı 30.5 milyon olub. 2024-cü ilin yanvar-noyabr ayları ərzində 6 milyondan çox radioloji müayinə həyata keçirilib".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью