Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 144 mln. manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,7% azdır.
Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Ən sərfəli kredit üçün müraciət etBizi sosial şəbəkələrdən izləyin!!