11 ayda ölkəyə 2,4 milyon əcnəbi vətəndaş gəlib

29.12.2024

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin sayı ümumilikdə 2 milyon 412 min nəfər olub. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur.

Teleqraf.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir ki, ölkəyə səfər edən əcnəbilərin təxminən 57 faizi Rusiya, Türkiyə, Gürcüstan və İrandan gələn ziyarətçilərin payına düşüb. Rusiyadan 18 faiz, Türkiyədən 14 faiz, Gürcüstandan 7 faiz, İrandan gələnlərin sayı isə 30 faiz artıb.

Bununla yanaşı, müvafiq dövrdə Çin və Cənubi Koreyadan ölkəyə gələnlərin sayında 2 dəfəyə yaxın, Qazaxıstan və Pakistandan 1,5 dəfə, Türkmənistandan 1,3 dəfə, Özbəkistandan 1,2 dəfə, Omandan gələnlərin sayında 45 faiz, Səudiyyə Ərəbistanından gələnlərin sayında 23 faiz artım müşahidə olunub

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью