11 ayda qeyrineft ixracının dəyəri açıqlanıb

20.12.2024

Anews portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ilin on bir ayında qeyri-neft ixracının dəyəri 3 090,6 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% çoxdur. Bu barədə AZPROMO-nın açıqladığı statistikada qeyd olunub. 

2023-cü ildə ölkə xaricinə qeyri-neft məhsulalrının ixracı 3,348 milyard ABŞ dolları təşkil edib. 

Dövlət Statistika Komitəsinin son hesabatına görə, 2024-cü ilin on bir ayında ölkədə 113282,4 milyon manatlıq ümumi daxil məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% çoxdur. 

Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
2023-cü ilin on ayında Azərbaycanda 100,9 milyon manatlıq  ümumi daxil məhsul istehsal olunub.  
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
Gülnar Nazimqızı 


www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью