Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Türkiyə və Avropa İttifaqı ölkələrinə qaz nəqlini artırıb 2024-cü ilin yanvar-noyabr ayları üzrə respublikamızda 26,5 milyon ton neft, 45,8 milyard kubmetr təbii qaz hasil edilib.
Qazın 12,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 25,3 milyard kubmetri “Şahdəniz”, 1,4 milyard kubmetri “Abşeron” yatağı, 7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub.
Qaz hasilatı ötən ilin müvafiq dövrünə nisbətən 1,8 milyard kubmetr artıb.
Hesabat dövründə xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur.
Mavi yanacağın 11,7 milyard kubmetri Avropaya, 9 milyard kubmetri Türkiyəyə, 2,2 milyard kubmetri isə Gürcüstana nəql edilib.
Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub.
Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından indiyədək 167,6 milyard kubmetr qaz ixrac edilib.