11 ayın Sultanı... | Icma.az
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Ramazan ayının ilk günüdür!
Bu il Ramazan ayının ilk günü martın 1-ə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının başlanması ilə bağ
Şəvval ayının 1-i, yəni martın 30-da isə Ramazan (Fitr) bayramı olacaq.
Məlumdur ki, Ramazan ayı İslam aləmində on bir ayın sultanı olaraq adlandırılır.
Bunun səbəbi Ramazan ayında müsəlmanlar üçün iki mühüm dini hadisənin baş verməsidir.
Həmin hadisələrdən biri İslam dininin müqəddəs kitabı “Qurani-Kərim”in Həzrəti Peyğəmbərimizə (s.a.v.) Ramazan ayının gecələrinin birində nazil olmağa başlamasıdır.
Həmin gecə “Qədr” və ya “Əhya” gecələridir, digəri isə müsəlman təqvimi ilə hicirinin 2-ci ilində (miladi təqvimi ilə 623-cü il) İslamın ibadətlərindən biri olan Orucun Allah-təala tərəfindən bütün müsəlmanlar üçün fərz buyurulmasıdır.
Oruc ibadətinin Ramazan ayında fərz buyurulması səbəbilə bu ibadətin adı “Ramazan orucu” olaraq adlandırılır.
Tam oxu
Xəbəri oxu