11 ci sinif şagirdi Araz çayında batdı: Axtarışa dalğıclar cəlb edildi

08.06.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdinin axtarışları davam etdirilir.

"Cebheinfo.az" xəbər verir ki, bu ilin məzunu Turan Mirişlinin tapılması məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri və katerləri cəlb edilib.

Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

01:36

İmişli rayonunda 11-ci sinif şagirdinin Araz çayında boğulması ilə nəticələnən hadisə baş verib.

"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Araz çayının İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.

T.Mirişov çaya düşüb və boğulub. Hazırda axtarışlar davam etdirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью