11 ci sinif şagirdi bıçaqlandı

22.11.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mingəçevirdə 11-ci sinif şagirdi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Nizami küçəsində baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü şəhər sakini Sarıyev Elman Etibar oğlu naməlum şəraitdə kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alıb və dərhal xəstəxanaya çatdırılıb Yaralı oğlan 17 saylı şəhər orta məktəbinin 11-ci sinif şagirdidir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, 17 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Ehtiram Muradov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью