11 cüdoçumuz Böyük Dəbilqə də tatami üzərinə çıxacaq

15.02.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın 11 təmsilçisi tatami üzərinə çıxacaq.

Apasport.az xəbər verir ki, kişilərdən Rəşid Məmmədəliyev, İbrahim Əliyev, Vüsal Qələndərzadə, Qadir Hüseynov (73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev və Süleyman Şükürov (81 kq) mübarizəyə qoşulacaq.

Qadınlardan isə Nərgiz Hacıyeva (63 kq), Südabə Ağayeva və Günel Həsənli (70 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur. YArışın ilk günündə cüdoçulardan Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medal qazanıb.

"Böyük Dəbilqə" turniri bu gün başlayır “Böyük Dəbilqə”yə hazırlıq çərçivəsində hakimlər üçün seminar təşkil olunub Cüdoçularımızın rəqibləri bəlli olub Ulduz cüdoçular Bakıya gəlir 33 cüdoçumuz Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью