11 il sonra Çempionlar Liqasına qayıtdılar

16.05.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniyanın "Atletik" klubu 11 il sonra ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq.

QOL.az xəbər verir ki, bu, La Liqanın 36-cı turunda "Xetafe" ilə matçda dəqiqləşib. "Atletik" həmin görüşdə 2:0 hesabı ilə qalib gəlib.

Bilbao təmsilçisi sona 2 tur qalmış xallarının sayını 67-yə yüksəldib və 4-cü pillədə qərarlaşıb. Reqlamentə əsasən, La Liqada ilk 5 yeri tutan komandalar növbəti mövsüm birbaşa Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaqlar.  "Atletik" hazırda 6-cı yerdəki "Betis"i 8 xal qabaqlayır. Bu da o deməkdir ki, komanda artıq ÇL-ə vəsiqəni rəsmiləşdirib.

Xatırladaq ki, bu gecə "Barselona" La Liqa çempionluğunu təmin edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью