11 il sonra yenə onu istəyirlər

06.05.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Mançester Yunayted” yay transfer dönəmində heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” “Torino”dan Vanya Milinkoviç-Saviçlə maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. İngiltərə klubu yayda serbiyalı üçün danışıqlara başlayacaq.

Vanya 2014/15 mövsümündə 1,75 milyon avro qarşılığında “Voyvodina”dan “Mançester Yunayted”ə keçib. Lakin o, əsas komandada şans qazanmayıb və bir mövsüm sonra “Lexiya”ya göndərilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью