Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Çin Prezidenti Si Cinpin 11 ildən sonra ilk rəsmi səfəri çərçivəsində ABŞ-a gedib.
Turkustan.az xəbər verir ki, “Sinxua”nın məlumatına görə, Si Cinpin və həyat yoldaşı Pen Liyuanı ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələri bazasında qarşılayıblar.
ABŞ-a gəldikdən sonra yazılı açıqlama verən Si Cinpin Çin və ABŞ-ın rəqib deyil, tərəfdaş olmalı olduğunu bildirib.
Çin lideri “Çin xalqının böyük dirçəlişi” və “Amerikanı yenidən böyük etmək” vizyonlarının bir-biri ilə əlaqəli olduğunu, bir-birini tamamlaya və dünyaya fayda verə biləcəyini vurğulayıb.
Si Cinpin iki ölkə arasında əməkdaşlığa əsaslanan konstruktiv və strateji sabitlik münasibətlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Si Cinpin və Trampın Vaşinqtonda keçirəcəyi görüşdə İran və Yaxın Şərqdəki müharibə ilə yanaşı, tariflər, texnologiya məhdudiyyətləri, nadir torpaq elementlərinin ixracı və süni intellekt məsələlərinin də müzakirə olunacağı bildirilir.
Aytən Yaşar/ Turkustan.az