11 ildən sonra meydana çıxdı

15.11.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo İtaliya C Seriyası çempionatında “Forli”yə qarşı keçirilən ev matçında “Ravenna”nın heyətində meydana çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu, onun 11 ildən sonra rəsmi turnirdə keçirdiyi ilk qarşılaşmadır.

Braziliyalı oyunçu İtaliyanın üçüncü divizion təmsilçisi ilə müqaviləni 2026-cı ilin yayında imzalayıb. Ölkəyə noyabrın 13-də gələn ulduz futbolçu oyundan əvvəl komanda yoldaşları ilə cəmi bir məşq keçə bilib.

Qeyd edək ki, karyerası ərzində PSJ, “Barselona”, “Flamenqo”, “Qremio” və “Fluminense” kimi nəhəng klublarda çıxış edən əfsanəvi braziliyalı futbolçunun İtaliya karyerasında top qovduğu yeganə klub məhz “Milan” olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью