11 ildən sonra solo konsert verəcək

14.08.2026

Icma.az, Olay.az portalına istinadən məlumat yayır.

Tanınmış müğənni, estrada ulduzu Sevda Yahyayeva 11 illik fasilədən sonra solo konsert proqramı ilə çıxış edəcək. “Darıxmışam” adlı konsert 17 oktyabrda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

OLAY yazır ki, sənətçi konsertlə bağlı təəssüratlarını bölüşüb:

“11 ildən sonra növbəti solo konsertimi edirəm. Sonuncu dəfə sevənlərimlə görüşüm 2015-ci ildə Yaşıl Teatrda olmuşdu. Səbirsizliklə dinləyicilərimlə görüşümü gözləyirəm. Çox maraqlı repertuar və fərqli bir Sevda görəcəksiniz”, – deyə S. Yahyayeva bildirib.

“Darıxmışam” adlı konsert Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə keçiriləcək. Konsertin dirijoru İlahə Hüseynovadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью