11 ildir boşanıblar, amma hələ də görüşürlər

10.08.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Məşhur aktyor Antonio Banderas 2015-ci ildə boşandığı keçmiş həyat yoldaşı, aktrisa Melanie Qriffit ilə münasibətlərinin illər sonra da dostluq şəklində davam etdiyini bildirib.
Demokrat.az
xəbər verir ki, 68 yaşlı Qriffit və 65 yaşlı Banderas 1996-cı ildə evlənib, bu nikahdan Stella adlı qızları dünyaya gəlib. Təxminən 20 il davam edən evlilik 2015-ci ildə başa çatıb.
Banderas açıqlamasında Los-Ancelesə getdiyi zaman Qriffitlə mütləq görüşdüklərini və birlikdə vaxt keçirdiklərini deyib. Aktyor keçmiş həyat yoldaşını “ən yaxşı dostlarından biri” adlandıraraq onların münasibətinin həm özləri, həm də övladları üçün sağlam olduğunu vurğulayıb.
O, Qriffiti eyni zamanda “inanılmaz ana” kimi xarakterizə edib və birlikdə böyütdükləri uşaqların yaxşı insanlar kimi yetişməsindən məmnun olduğunu bildirib.
Cütlüyün ayrılmasına baxmayaraq, onların bir-birinin ünvanına mənfi fikirlər səsləndirməməsi və övladları naminə dost münasibətlərini qoruması diqqət çəkib.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью