11 klub “Turan Tovuz”la bağlı CAS a Müraciət etdi

12.06.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi

Misli Premyer Liqasında mübarizə aparan klublardan birinin təşəbbüsü ilə UEFA-ya və CAS-a müraciət olunub.

QOL.az-a daxil olan xəbərə görə, müraciət “Turan Tovuz”un 2026/27 mövsümü avrokuboklardan uzaqlaşdırılması barədə UEFA-nın verdiyi qərarla bağlı bağlıdır.

Tovuz klubunun CAS-a şikayətinə dəstək məqsədilə ünvanlanan müraciəti “Zirə” də daxil olmaqla Misli Premyer Liqasında yarışan 11 klub (“Turan Tovuz” istisna olmaqla) imzalayıb. 

Məktubda “Turan Tovuz”un Azərbaycan futbolunun inkişafında oynadığı mühüm rol, son illər apardığı işlər və daha öncə baş verən proseslərin əvvəlki rəhbərliyin dövründə olduğu qeyd edilib.

Əlavə edək ki, CAS-da “Turan Tovuz”un şikayətinə iyunun 15-də baxılacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью