Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalın 1 iyul-16 sentyabr 2026-cı il tarixləri arasında ləğv edilməsi qərara alınan fondlardan ümumilikdə 11 milyard 126 milyon 528 min 163 lirə (390 milyon manata yaxın) çıxardığı iddia edilib.
Axşam.az-ın türk mediasına istinadən məlumatına görə, Melisin fondlardakı 11 milyard lirəlik pulunu çıxararaq Dubaya köçdüyü iddia olunub.
Həmçinin həyat yoldaşı ilə birlikdə zərərçəkənlərdən biri olduqlarını deyən Mustafa Sandalın bu fond araşdırmalarından əvvəl Dubaydan yaşayış icazəsi almaq üçün müraciət etdiyi ortaya çıxıb.
Ötən günlərdə konsertə getmək üçün xaricə çıxmaq istəyərkən Dubay polisi Sandalı hava limanında saxlayıb və ölkədən çıxmasına icazə verməyib. Prosedurların tamamlanması üçün iki gün Dubayda qalmalı olan Mustafa Sandal xüsusi təyyarə kirayələyərək xaricdəki konsertinə çatıb.
Digər tərəfdən, Melis barəsində xaricə çıxış qadağası qoyulduğu iddia edilib. Melis fondakı pulunu çıxardıqdan sonra Dubaya getdiyi və hələ də Türkiyəyə qayıtmadığı irəli sürülüb.
İstanbul Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Cinayət Gəlirlərinin Yuyulması üzrə İstintaq Bürosu tərəfindən kapital bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı araşdırma davam edir.
İstintaq çərçivəsində 42 nəfərin əmlakı ilə bağlı tədbir görülüb.